https://www.zirve.edu.az/
05.10.2020 16:49
Müəllimlər Günü müxtəlif ölkələrdə bu tarixlərdə qeyd edilir-MARAQLI

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.

Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

 

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev verib.

“Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. -Heydər Əliyev

Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.

Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıblar.

Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir.

“Müəllimlər! Yeni nəsli cümhuriyyətin fədakar müəllimlərini siz yetişdirəcəksiniz və yeni nəsil sizin əsəriniz olacaq”-M.K.Atatürk

AzEdu.az iş günləri daxilində müəllimlər gününü qeyd edən ölkələrin siyahısını təqdim edir:

Azərbaycan-5 oktyabr

Türkiyə 24 noyabr

Avstraliya-oktyabr ayının son cümə günü

Çexiya-28 mart

Hindistan-5 sentyabr

İran-2 may

Malaziya-16 may

Peru- 6 iyul

Slovakiya-28 mart

Çində 28 sentyabr,

Özbəkistanda 1 oktyabr,

Polşada 14 oktyabr,

Braziliyada 15 oktyabr,

Vyetnamda 20 noyabr,

Albaniyada 8 mart,

Cənubi Koreyada 15 may,

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları