https://www.zirve.edu.az/
28.09.2020 14:11
“Ermənistan komandanlığı öz əsgərlərinə qarşı atəş açmaq əmri verib”

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub.


Bu barədə AzEdu.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.



Onun sözlərinə görə, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır.


“Bəzi xəbərlərə görə, artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var”.