https://www.zirve.edu.az/
25.09.2020 17:40
II qrupda ən yüksək keçid balı UNEC-dədir

Məlumdur ki, 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin keçid balları dərc olunub.

“Qafqazinfo” Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan “Abituriyent” jurnalının 7-ci nömrəsi əsasında II qrup üzrə keçid ballarının nəticələrini təhlil edib. 

Məlum olub ki, II qrup üzrə Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında qəbul üzrə minimum keçid balı Hidrometerologiya fakültəsində (əyani) qeydə alınıb. Bu fakültəyə dövlət sifarişi əsasında keçid balı 200-dür. BDU-nun Coğrafiya fakültəsinə ödənişsiz əsaslarla (əyani) keçid balı 225-dir. Turizm işinin təşkili fakültəsində (qiyabi) ödənişsiz əsaslarla təhsil üçün keçid balı 227 olub. 

BDU-da ödənişli əsaslarla qəbul üzrə ən aşağı göstərici 150 baldır (BDU-nun Qazax filialı, əyani). 

II qrupda Bakı Dövlət Universitetinə ən yüksək bal Beynəlxalq Münasibətlər  fakültəsində (tədris ingilis dilində, əyani) 409.4 olub. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində II qrup üzrə dövlət sifarişi əsasında minimum keçid balı Marketinq fakültəsində (əyani) qeydə alınıb – 216 bal. Bu fakültənin ödənişli əsaslarla ( qiyabi) qəbul üzrə keçid balı da ən aşağılar siyahısındadır – 167 bal.

ADNSU-da ən yüksək keçid balı Biznesin idarə edilməsi ixstisası üzrə (qiyabi) 441 olub. 

Bakı Slavyan Universitetində II qrup üzrə dövlət sifarişi əsasında minimum qəbul balı 214 olub (Beynəlxalq Münasibətlər, əyani).  BSU-da ödənişli əsaslarla ən aşağı göstərici 150 baldır - Regionşünaslıq fakültəsi, əyani.

BSU-da ən yüksək bal isə qeyd olunan qrup üzrə 262 olub və Regionşünaslıq (Almaniya üzrə,əyani) qeydə alınıb. 

Azərbaycan Dövlət Pedaqoji Universitetində ödənişli əsaslarla minimum bal Tarix və Coğrafiya ixtisası üzrə (Quba filialı, əyani) 267.4 bal təşkil edib. Ödənişli əsaslarla minimum keçid balı 200 bal olub (Coğrafiya müəllimliyi, Tarix və coğrafiya müəllimliyi (Şamaxı, Şəki, Ağcabədi, Cəlilabad, Quba filialları, əyani). ADPU-da bu qrupda ən yüksək keçid balı isə 295 olub ( Coğrafiya müəlimliyi, əyani).

Azərbaycan Dövlət İqtisad Universitetində ödənişli əsaslarla minimum keçid balı Marketinq ixtisası üzrə (qiyabi) qeydə alınıb -  211 bal. Bu ixtisasın dövlət sifarişi əsasında əyani formasına qəbulun keçid balı isə 293 təşkil edib. UNEC-də ödənişsiz ən aşağı ballar Dövlət və Bələdiyyə idarə etməsi (217 bal, əyani), Statistika (238.3 bal, əyani) ixtisaslarında qeydə alınıb.

Ödənişli əsaslarla UNEC-ə qəbul olunmuş abituriyentlər üçün keçid balları üzrə ən aşağı göstərici 150 bal (Zaqatala filialı üzrə, əyani və qiyabi) qeydə alınıb. UNEC-də Bakı şəhəri üzrə ən aşağı keçid balı 196.7 olub ( Marketinq fakültəsi, qiyabi).

Bu universitetdə ən yüksək keçid balı II qrup üzrə 636-dır (Maliyyə fakültəsi, əyani, tədris ingilis dilində aparılır).

Azərbaycan Dillər Universitetində dövlət sifarişli ixtisaslar arasında minimum keçid balı 259.1-dir (Regionşünaslıq – Yaponiya, əyani). Ödənişli əsaslarla da ən aşağı keçid balı Regionşünaslıq ixtisası üzrə qeydə alınıb – 150 bal. Bura Afrika, İndoneziya, Çin, Norveç üzrə regionşünaslıq daxildir).

ADU-da II qrup üzrə ən yüksək keçid balı Qafqaz üzrə regionşünaslıq ixtisasında qeydə alınıb - 462.7 bal (əyani). 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət sifarişi əsasında minimum keçid balı 357.4 bal olub. Menecement fakültəsinə ödənişsiz qəbul bu balla başlayıb. Ödənişli əsaslarla qəbul üzrə ən aşağı göstərici də Menecement fakültəsində (əyani) qeydə alınıb – 200 bal. Akademiyada II qrup üzrə ən yüksək bal 530 bal olub (İqtisadiyyat fakültəsi, əyani). 

ADA Universiteti II qrup üzrə ən aşağı bal 400 İqtisadiyyat, ən yüksək bal isə 422 (Biznesin idarə edilməsi ixtisası, əyani) olub. 

Mədəniyyət və İncəsənət Universitetində II qrup üzrə dövlət sifarişi əsasında ən aşağı göstərici Turizm işinin təşkili ixtisası üzrə (əyani) qeydə alınıb – 207 bal. Elə ödənişli əsaslarla da ən aşağı göstərici həmin fakültədə qeydə alınıb – 186 bal. 

Sumqayıt Dövlət Universitetində dövlət sifarişi əsasında minimum keçid balı Sosiologiya fakültəsində (203 bal, əyani) qeydə alınıb. Bu fakültədə ödənişli əsaslarla minimum keçid balı Biznesin idarə edilməsi ixtisası üzrə (qiyabi) 176,9 bal olub. Sumqayıt Dövlət Universitetində bu qrupda ən yüksək keçid balı 268.4 bal olub (Tarix və coğrafiya müəllimliyi, əyani). 

Özəl universitetlərə gəlincə nəticələr demək olar ki, eynidir. Bakı Avrasiya Universitetində abituriyentlər üçün minimum keçid balı 150 olub. Bura Regionşünaslıq, Biznesin idarə edilməsi, Marketinq fakültəsi daxildir. Subbakalavrlar üçün isə ən aşağı keçid balı 51 olub. Bura dövlət və bələdiyyə idarəetməsi, Maliyyə, Marketinq və Mühasibat ixtisasları daxildir. BAU-da II qrup üzrə ən yüksək keçid balı 200 olub (Mühasibat, əyani, Maliyyə (əyani), İqtisadiyyat  ( həm əyani, həm də qiyabi), Beynəlxalq münasibətlər (əyani). 

Xəzər Universitetində minimum keçid balı 150 olub. Xəzər Universitetinə dövlət sifarişi hesabına qəbul nəticələri arasında ən aşağı göstərici 212 bal olub ( Turizm işinin təşkili ixtisası).  Ən yüksək bal isə Maliyyə fakültəsində (510.2 bal) qeydə alınıb. 

II qrup üzrə ən yüksək qəbul göstəricisi Azərbaycan Dövlət İqtisad Universitetində qeydə alınıb. İngilis dilində tədris olunan Maliyyə ixtisasına ödənişli əsaslarla minimum keçid balı 636 bal olub.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 (o cümlədən 779 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. (qafqazinfo)