https://www.zirve.edu.az/
22.09.2020 16:41
Deputatlar danışdı: “Məktəblərin ənənəvi qaydada tam fəaliyyəti ağlabatan deyil"

 

 

“Ümumi ölkəyə nəzər salsaq, yoluxma elə də çox olmadığından  ölkədəki vəziyyət elə də riskli deyil”.

 

  Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

 

  Məktəbdəki baş verən yoluxma halları haqqında danışan deputat durumun elə də təhlükəli olmadığını bildirib:

 

  “Pandemiya ilə bağlı təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerində problemlər yaranır. Bu yaxınlarda İsraildə məktəblərin fəaliyyətini dayandırdılar.

 

Ölkəmizdəki vəziyyətə gəlsək,  yoluxma bir məktəbdə baş verib. Təhsil Nazirliyi də bu haqda məlumata yayıb ki, vəziyyət nəzarətdə saxlanılır. 

 

Ümumi ölkəyə nəzər salsaq, yoluxma elə də çox olmadığından  ölkədəki vəziyyət elə də riskli deyil.

 

Əgər məktəblərdə yoluxma sayı artarsa, bu istiqamətdə  müəyyən addımlar atıla bilər”.

 

 C.Məmmədov mövcud təhsil sisteminin mövcud durumundan da söz açıb:

 

“Hazırda mövcud vəziyyəti nəzərə alaraq, müəyyən şərtlərlə distant təhsillə yanaşı ənənəvi təhsil tətbiq edilir. Bildiyimiz kimi,  distant təhsil ənənəvi təhsili tam əvəz edə bilmir.

 

Burada başda məktəb rəhbərliyi olmaqla,  şagird , müəllim və valideynlərin üzərinə ciddi vəzifə düşür. Onlar gigiyenik qaydalara tam riayət etməlidirlər. Təhlükə hələ tam sovuşmayıb. Biz tam arxayınlaşmamalıyıq. Burada hər bir şagird müəllim valideyn, ümumiyyətlə hər bir vətəndaş ehtiyatlı olmalıdır ki, yoluxma sayı çox olmasın”.

 

“Məktəblərin ənənəvi qaydada açılması ağlabatan deyil”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Eldar Quliyev deyib:

 

“Bu gün biz təhsil sistemində  tətbiq edilən qaydalara uymalıyıq. Təhsilverənlər və alanlar  sosial məsafəni qorumalı, maska taxmalı, gigiyenik qaydalara əməl etməlidir.

 

Məktəblərin hələlik ənənəvi qaydada tam olaraq fəaliyyəti ağlabatan deyil. Əks halda, yoluxma sayının artmasında  məktəblərin də böyük payı ola bilər. Sinif otaqlarında,  dezinfeksiya işləri aparılmalı, qoyulan qaydalara əməl edilməlidir. Yoluxmaların qarşısını almaq üçün məktəbləri lazımı texnikalarla təmin etmək lazımdır. Hazırda məktəblərin ənənəvi qaydada açılmasının qəti əleyhinəyəm”.