Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 13:31:00
Olimpiada qaliblərimiz daha çox xarici universitetlərə üstülük verirlər – ŞANSDAN YARARLANANLAR  

Beynəlxalq və Respublika Fənn Olimpiadalarının, beynəlxalq müsabiqələ  və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər.

 

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

 

Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;  IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;   Beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

 

Bu il həmin şagirdlərin sayı neçədir? Daha doğrusu, universitetlərə imtahansız daxil olmaq şansını əldə edənlərin sayı nə qədərdir və onlar seçimlərində yerli, yoxsa, xarici auniversitetlərə üstünlük verəcəklər?

 

“Beynəlxalq Olimpiada qalibləri xarici universitetləri seçiblər. Bu il belə abituriyentlərin sayı 8-dir. Onlardan biri MİT, ikisi KİİT universitetinə qəbul olublar”.

 

Olimpiadalara Hazırlıq Mərkəzindən AzEdu.az-a verilən məlumata əsasən,  ixtisas seçimi yekunlaşdıqdan sonra respublika fənn olimpiadaları   qaliblərinin də statistikası və hansı universitetləri seçməsi açıqlanacaq:

 

 

“Respublika fənn olimpiada qaliblərinin seçimi ilə bağlı statistikanı DİM açıqlayacaq. İxtisas seçimi prosesi yekunlaşmayıb deyə hələki bilinmir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları