“Musiqi müəllimliyi ixtisasına qəbulla bağlı DİM tərəfindən musiqi məktəbi məzun bazasında abituriyentin məlumatları yoxlanılır.
AzEdu.az-ın məlumatına görə, bunu DİM-də şöbə müdiri Natiq Əliyev bildirib. O, musiqi müəllimliyi ixtisasına qəbulla bağlı vacib detalları da açıqladı:
“Onların 5 illik musiqi təhsili olmalıdr. Musiqi təhsili olmayanlar proqramda təsdiq oluna bilmir, baxmayaraq ki, qabiliyyət imtahanları bu il üçün ləğv edilib”.