Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-17 15:18:00
V qrupda bu “qabiliyyətli”  ixtisaslar ləğv edildi - DİM

 

 

“V qrup üzrə qəbul imtahanlarında Rəqs müəllimliyi ixtisası ləğv olunub, Xareoqrafiya ilə birləşdirilib. Xalq çalğı alətləri ifaçılığı İnstrumental ifaçılıq adı ilə birləşdirilib, Bədən tərbiyəsi və idman Məşqçi ixtisasına birləşdirilib. 2019-cu ildə V qrup üzrə  3581 plan yeri verilib. Bu il isə 133 plan yeri artırılıb”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri DİM-in şöbə müdiri Natiq Əliyev canlı yayımda deyib. O, V qrupda rəqabətin ciddi olduğunu bildirib:

 

“Qabiliyyət imtahanlarının bəzi ixtisaslarda ləğvi bu qrupa meyli daha da artırdı. Müraciətlərin sayı artıb. Dizayn ixtisasına daha çox qeydiyyatdan keçilib. 1430 nəfər 230 plan yerinə qeydiyyatdan keçib. 464 məqbul cavab alıb”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları