Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-16 17:49:00
Huşunu itirən müəllimlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA

Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov şəxsi facebook səhifəsində yazıb.

 

O, qeyd edib ki, müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb.

 

"İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları