https://www.zirve.edu.az/
16.09.2020 12:41
“Virtual Təhsilə Dəstək” layihəsi ölkənin təhsil işçilərinə güzəşt və imtiyazlar təqdim edir

ENGINET şirkəti və tərəfdaşlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Virtual təhsilə dəstək” layihəsi təhsil sahəsində çalışanlara keyfiyyətli virtual tədrisin təşkili üçün bir sıra güzəşt və imtiyazlar təqdim edir.

 

Layihə çərçivəsində “Virtual Məktəb” və digər tədris platformalarından rahat və çevik istifadəsinə şərait yaratmaq və keyfiyyətli tədris prosesinin təşkili məqsədilə təhsil işçiləri ENGINET şirkətinə məxsus “BİRLink” brendi tərəfindən ödənişsiz olaraq iki ay ərzində 30 mb/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar. Bundan başqa, layihənin tərəfdaşları təhsil işçilərinə özəl təkliflərdən yararlanmaq imkanı yaradır.

 

Layihəyə qoşulmuş bütün istifadəçilər “Bakcell” mobil operatoruna məxsus ödənişsiz nömrə, ölkədaxili zənglər üçün dəqiqələr, mobil internet paketi və ən əsası həmkarlar ilə pulsuz danışıq imkanı əldə edərək güzəştli mobil rabitə ilə təmin olunacaqlar. Bundan əlavə, “Virtual Məktəb” platforması üzərindən qeydiyyatdan keçən müəllim və şagirdlərə lisenziyalı Microsoft Office 365 proqramlarını ödənişsiz yükləmək mümkün olacaq. Həmin platforma üzərindən qeydiyyat zamanı yaranan çətinliklərlə bağlı isə Azəbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti texniki dəstək göstəcək.

 

Layihə çərçivəsində, müəllimlər məsafədən tədris üçün lazımı texniki biliklərin artırılması məqsədilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən keçirilən təlimlərdə endirimli iştirak edə bilərlər. Yalnız layihəyə qoşulanlar, dünyamiqyaslı GEANT beynəlxalq akademik şəbəkə çıxış imkanı əldə edəcəklər.

 

Bunlardan başqa, “Smart Electronics” mağazalar şəbəkəsində təhsil işçiləri distant tədris üçün lazımı elektronika avandlıqlarını xüsusi endirilmlərlə əldə edə bilərlər.