Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-15 17:18:00
Rəqəmsal bacarıqlar” layihəsinə 100 yeni məktəb cəlb olunacaq

“Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunacağı yeni ümumi təhsil müəssisələrinin direktorları ilə onlayn konfrans keçirilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov yeni tədris ilində təhsil prosesinin karantin rejimində təşkili qaydalarından danışıb.

 

Daha sonra "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilüfər Rəhimova, "Alqoritmika-Azərbaycan” şirkətinin layihələr üzrə şöbəsinin direktoru Qəmər Məmmədova layihənin yeni məktəblərdə tətbiqolunma mərhələləri barədə ətraflı məlumat veriblər. Şagirdlərin alqoritmik və məntiqi düşüncə qabiliyyətlərini, eləcə də proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə Azərbaycanda “Rəqəmsal bacarıqlar" layihəsinin 2017-2018-ci tədris ilindən etibarən həyata keçirildiyi qeyd olunub.

 

Bildirilib ki, yeni tədris ilində layihəyə 100 yeni məktəb cəlb olunacaq. Beləliklə, 2020-2021-ci tədris ilində layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan və Şəki üzrə 222 məktəbin II-IX siniflərindən ibarət olan 100 mindən çox şagirdi və 1100-dən çox müəllimi əhatə edəcək.

 

Sonda layihə təmsilçiləri məktəb direktorlarının suallarını cavablandırıblar.