Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-15 14:30:00
Dünya ölkələri məktəbləri hansı şəkildə açdı? – FOTOLAR

Avqust və sentyabr aylarında  əksər dünya  ölkələri artıq  tədris  prosesini bərpa etməyə başlayıb.

 

Müxtəlif  ölkələrdə məktəblər təyin edilmiş müəyyən qaydalar çərçivəsində əyni təhsil prosesinə start verdi: maska, qoruyucu sipər, hərarətölçən, yaş və sinif həddi və s.

 

AzEdu.az  yaxın zamanlarda yeni tədris ilinə başlayan dünya ölkələrini təqdim edir:

 

BRİTANİYA – Britaniyada sentyabrın 1-dən etibarən İngiltərə və Uelsdə  dərslər başladı. Şotlandiya və Şimali İrlandiyada  isə  təhsil artıq avqust ayından başlayıb.

 

Hökümət məktəblərin açılması üçün  heç bir problemin olmadığını bildirsə də, məktəb rəhbərlikləri düzgün istiqamətləndirmənin olmamasından şikayətlənir. Təhsil Departamenti tövsiyə edib ki, orta məktəblərdə, yəni, 11 yaşından başlayaraq  hamı (Britaniyada bu yaşdan uşaqlar yeddinci sinfə gedir) dəhlizlərdə və digər ümumi məkanlarda maska taxsın. Valideyinlərin məktəb  ərasizinə girişi qadağandır.

 

 

 

AMERİKA - Yoluxma sayının yüksək olduğu ABŞ-da Prezident Donald Trump əyalətlərin idarə rəhbərlərinə məktəblərin açılması ilə bağlı təlimat vermişdi. Bəzi əyalətlər isə buna hazır olmadıqlarını açıqlamışdılar.

 

Buna baxmayaraq sentyabr ayında məktəbləri açmağa qərar verən Nyu York ştatında şagirdlər həftədə 1-3-cü günlər arası  məktəbə gedəcək, digər günlər isə distant təhsil alacaqlar. Siniflərdə ən çox 12 nəfər olacaq. Corciya, Nyu Cersy, İndiana, Luziyana, Misissipi və başqa ştatlarda dərslər avqust ayının əvvəllərindən etibarən fəaliyyətə başladı. Ancaq bu ştatlarda olan məktəblərdə yoluxmalar qeydə alındığı fəaliyyəti dayandırıldı.

 

 

 

ÇİN - Yeni növ koronavirusun başlanğıc nöqtəsi olan Çində paytaxt Pekində və digər əyalətlərdə avqustun 29-u dərslərin başladı.

 

Təyin edilən qaydalar görə, məktəbin girişində şagird və müəllimlərin hərarəti ölçülür, hərarəti yüksək olanlar məktəbə buraxılmır. Eyni zamanda dəhliz və sinif otaqlarında maska taxmaq  məcburidir.

 

 

RUSİYA - Rusiyada dərslər sentyabrın 1-dən etibarən başladı. Lakin bu il virusa görə digər ölkələrdə də olduğu kimi açılış mərasimləri keçirilmədi.  Bununla yanaşı, şagirdlərin məktəbə gəlməsi üçün məcburiyyət yoxdur.  Şagirdlər məktəbə gəlmədən verilən tapşırıqları evdə yerinə yetirə bilər.

 

Valideynlər üçün məktəb iclaslarının internetdə keçirilməsi planlaşdırılır. Bütün Rusiya məktəblərində həkimlər olacaq,  siniflərin tez-tez dezinfeksiya olunması nəzərdə tutulub, məktəbə girişdə hamının temperaturu ölçüləcək. Məktəblilərdən kimsə koronavirusa tutulsa, bütün sinif karantinə alınacaq və məktəb fəaliyyətini dayandıracaq.

 

 

 

TÜRKİYƏ – Türkiyədə avqustun 31-dən yeni tədris ilinə start verilib. Dərslər sentyabrın 21-ə kimi distant şəkildə, daha sonra isə əyani şəkildə həyata keçiriləcək. Əyani tədris üçün müəyyən edilmiş qaydalar tətbiq ediləcək. Yoluxma artacağı təqdirdə distant təhsilin davam etdirilməsi planlaşdırılır.

 

Milyonlarla  tələbə əyani tədris başalayana kimi TRT EBA televiziya kanalında distant təhsil alacaq.

 

Qeyd edək ki, Türkiyədə ölkənin təhsil naziri Ziya Selçuk Ankara Muazzez Karaçay  ibtidai məktəbində tədris ilinin açılış mərasiminə qatılaraq  ilk dərs zəngini çalıb və beləliklə 2020-2021 tədris ilinin distant təhsil formatının başlandığını elan etmişdi.

 

 

FRANSA – Fransada  yoluxma sayının sürətlə artmasına baxmayaraq, məktəblər 22 iyunda fəaliyyətə başladı. Dərslərdə iştirak etmək məcburidir, hər bir şagird məktəbə gəlməlidir.

 

Müəyyən edilmiş qaydalara görə, Bütün məktəblilər və müəllimlər gündə ən azı bir neçə dəfə əllərini yumalı və ya dezinfeksiya etməlidirlər: məktəbə daxil olmazdan əvvəl, yeməkdən əvvəl və hər bir tənəffüsdən, tualetdən və məktəbdən sonra. 11 və yuxarı yaşda olan bütün şagirdlər, yəni orta və yuxarı sinif şagirdləri, eləcə də müəllimlərdən maska taxmaq tələb olunur. Əgər kimsə uşağı məktəbə göndərmək istəmirsə, bu haqda yerli hakimiyyət orqanlarına müraciət etməlidir.

 

 

 

Digər ölkələrin bir qismində isə əyani tədrisə start verildikdən sonra yoluxma sayının kəskin artması səbəbi ilə tədris müəssisələrinin fəaliyyəti yenidən dayandırıldı.

 

Qeyd edək ki, bu gün Azərbaycanda  2020-2021 tədris ilinə start verildi. Qərara əsasən, ibtidai siniflər könüllü olaraq  əyani, yuxarı sinif şagirdləri və tələbələr isə distant təhsil sistemi ilə tədrisə başladı.