Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-07 16:38:00
Şagirdlərə dövlət rəmzlərinə sədaqət aşılanacaq

Azərbaycanda ibtidai və ümumi orta təhsillə bağlı məsələlər genişləndirilir.

 

AzEdu.az xəbər verir ki,  bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Belə ki, ibtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. Dəyişikliyə əsasən, ibtidai təhsilin məqsədləri sırasına vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri aşılamaq daxil edilir. 

 

Qüvvədə olan qanuna əsasən, ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. 

 

Bu sıraya şagirdin sağlam həyat tərzinin formalaşdırılması, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunması, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etməsi, cəmiyyətdə baş verən hadisələri dəyərləndirməsi, müstəqil öyrənməsi və qərar qəbuletmə bacarığı, peşə seçiminə, əmək fəaliyyətinə hazırlığının təmin edilməsi daxil edilir. Bu məqsədlər sırasından dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılması isə çıxarılıb.