https://www.zirve.edu.az/
06.08.2020 14:54
DİM: Dövlət qulluğuna imtahan verib nazir müavini vəzifəsinə yüksələn də var

Məsləhətçi vəzifəsinə qəbul edilən dövlət qulluqçuları arasında şöbə müdiri vəzifəsinə, hətta nazir müavini vəzifəsinə yüksələn də var.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

 

V.Əsgərov qeyd edib ki, dövlət qulluğuna qəbul olan şəxslərin vəzifədə yüksəlişi də müsabiqə yolu ilə - daxili müsahibə əsasında olur.

 

Onun sözlərinə görə, indiyədək 6125 nəfər dövlət qulluğuna təyin edilib. Bu da ümumi dövlət qulluqçularının 30 faizini təşkil edir.

 

Hazırda yüksək dövlət qulluğu vəzifələri də daxil olmaqla, bütün dövlət qulluğu vəzifələrinə qəbulun müsabiqə yolu ilə keçirildiyini deyən V.Əsgərov qeyd edib ki, nazirlik yanında xidmət və agentliyin rəisi, rəis müavini, nazirliyin şöbə müdirləri dövlət qulluğunun ən yuksək vəzifələridir. (Trend.az)