Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-03 11:58:00
"Azərbaycanlı gənclər böyük ümidlər yaratdı"- Rektorun təəssüratları

“18 komandanın distant təhsil istiqamətində ortaya qoyulan problemlərə qarşı təklif etdikləri həllər maraq doğurdu. Azərbaycanlı gənclərin təhsilin gələcəyi istiqamətində belə həvəslə çalışması və müxtəlif prizmalardan təkliflər irəli sürməsi böyük ümidlər yaratdı.

 

Azedu.az xəbər verir ki,  bu sözlər Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “EduHack” hakatonu haqda "FACEBOOK" hesabındaki paylaşımında bildirib:

 

“Hakatondakı bütün komandalar prototip hazırlayaraq müəyyən təcrübə topladılar və özlüyündə hər biri qalibdirlər. Münsiflər heyətinin ümumi qərarı ilə biz ilk üç yerin qaliblərini müəyyənləşdirdik və inanıram ki, bu layihələr qısa zamanda uğurlar əldə edəcəklər.

 

“Eduardo” komandasının “Fast Learners” layihəsi birinci yerə layiq görüldü. Adaptiv təhsil modeli üzərində qurulan ideyanın əsas məqsədi distant təhsildə data əsaslı tədris prosesi, differensial öyrənmə mühiti və biliyin qiymətləndirilməsində optimallaşdırmanı əhatə edirdi. İkinci yerə layiq görülən “Academy.az” layihəsi müxtəlif imtahan üsulları ilə tələbələrin tədrisdən yayınmasının və motivasiya itkisinin qarşısının alınmasını, eləcə də səs identifikasiya sisteminin tətbiqi ilə bağlı olmuşdur. Üçüncü yerin sahibi olan “Z-solutions” ideyasında isə distant tədrisdə qiymətləndirmə meyarları, qrup işinin təşkili, tələbə fəallığının dəyərləndirilməsi, eləcə də tələbələrin öz aralarında qiymətləndirmə mexanizminin qurulması yer alıb.

 

Layihələrin dəyərləndirməsində iştirak edən dəyərli münsiflərə, eləcə də təşkilati dəstək göstərən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Next Step” İnnovasiya Mərkəzinin bütün komandasına bir daha təşəkkür edirəm”.