https://www.zirve.edu.az/
02.08.2020 17:21
UNEC-in müəllimi Vaşinqtonda Azərbaycan-Ermənistan sərhəddindəki toqquşmalardan yazdı  

ABŞ-ın Vaşinqton şəhərində yerləşən qlobal beyin mərkəzi Jamestown Foundation UNEC-in “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasının müəllimi Bəhruz Babayevin “Azərbaycan-Ermənistan sərhədində toqquşmalar regional nəqliyyat və enerji marşrutlarını təhdid edir” (Clashes on Azerbaijan-Armenia Border Threaten Regional Transport and Energy Routes) adlı məqaləsini nəşr edib. Məqalə mərkəzin Eurasia Daily Monitor adlı nəşrinin 112-ci sayında yerləşdirilib.

 

AzEdu.az  xəbər verir ki, məqalədə Azərbaycan-Ermənistan sərhədində son toqquşmaların mərkəzi olan Tovuzun Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa İttifaqı üçün enerji və nəqliyyat dəhlizi kimi vacib əhəmiyyətindən bəhs olunub və hadisələrin regiona iqtisadi təsirləri təhlil edilib.  

 

Jamestown Foundation qlobal araşdırma üzrə ABŞ-ın aparıcı təhlil mərkəzidir. Mərkəzin məqsədi ABŞ üçün cari strateji əhəmiyyət kəsb edən hadisələr və istiqamətlər haqqında siyasətçilərə məlumat vermək və onları maarifləndirməkdir. Jamestown Foundation, Çin, Rusiya, Avrasiya və qlobal terrorizmə yönəlmiş nəşrlər çap etdirir.