Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-16 16:09:00
Azərbaycanın yeni Xarici işlər naziri kimdir? Tərcümeyi-hal

AzEdu.az  xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə Ceyhun Bayramov Xarici işlər naziri təyin olunub.

 

Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

 

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

 

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Təhsil Naziri vəzifəsinə təyin olunub.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə Xarici İşlər Naziri vəzifəsinə təyin olunub.

 

Evlidir, 2 övladı var.