Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-05 11:26:00
3000 məzun forması tələbələrə tək-tək paylandı-Onlayn tədbir keçiriləcək

Koronavirus səbəbiylə məzuniyyət tədbirini onlayn keçirməyi planlaşdıran universitet, bununla yanaşı sentyabrda ənənəvi qaydada təşkilini də düşünür.

 

Türkiyənin Maltəpə universitetinin ölkənin dörd bir yanından gələn tələbələri pandemiya səbəbindən evlərinə qayıtdı. Bu səbəblə universitet 3000 məzununa formalarını tək-tək evlərinə qədər çatdıraraq onlara bu həyəcanı yaşatdı. Universitet distant təhsil müddətində “eyni göyüzünü paylaşırısa uzaqda deyilik” devizi altında birləşdi. Bununla yanaşı universitet rəhbərliyi ənənəvi məzuniyyət tədbirinin sentyabrda keçiriləcəyini də açıqlayıb.

 

Maltəpə universitetinin rektoru professor Şahin Qarasar məzun tələbələrə məktub da göndərib. Məktubda bu fikirlər yer alıb:

 

“Bu günlərin həyatımızda önəmli yer tutduğunu bilirəm. Ağır keçən bu günləri hər aman xatırlayacağıq. Maltəpə universiteti olaraq hər zaman yanınıda olmağa davam edəcəyik. Sizlərlə ən qısa zamanda görüşəcəyimizi ümid edirəm”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları