Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 10:50:00
Bu il iş yerini dəyişən müəllimlərin arasında 25 yaşlılar üstünlük təşkil edib

Bu il müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edərək iş yerini dəyişən müəllimlərin arasında yaşı 25 olanlar üstünlük təşkil edib.

 

 AzEdu.az  xəbər verir ki, müsabiqə nəticəsində vakant yer tutmuş namizədlərin orta yaşı 29.5-dir. Ən gənc namizəd 19 yaşında olub, təsviri incəsənət fənnindən tədris aparır. Namizəd rayon daxilində yerdəyişmə edərək, Lənkəranın Bəlləbur kənd tam orta məktəbindən, Xolmili kənd tam orta məktəbinə yerdəyişmə edib.

 

Ən yaşlı namizəd isə 63 yaşında olub, ibtidai sinifdə tədris aparır. Həmin namizəd Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbdən Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbə yerdəyişmə edib.

 

Xatırladaq ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak etmək üçün 10068 nəfər namizəd elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib. Elektron yerləşdirmənin nəticələrinə əsasən, 1934 nəfər uğur qazanıb.