Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 13:33:37
Diaqnostikadan zəif nəticə göstərən müəllimlərin dərs yükü azaldılacaq - Eşqi Bağırov

"Diaqnostik qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlər ən minimum dərs yükü ilə təmin olunurlar. Yəni onlara 6 saatdan çox dərs verilmir. Təhsil Nazirliyinin bununla bağlı, yerli təhsil idarəetmə orqanlarına, müəssisə rəhbərlərinə müxtəlif təlimatları var".

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

O bildirib ki, sonuncu diaqnostik qiymətləndirmədə müxtəlif fənlərdən aşağı nəticə göstərən müəllimlər var: "Bu amil dərs yükü bölüşdürülərkən çox ciddi şəkildə nəzərə alınacaq".

E. Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmə mütəmadi olaraq keçirilir: "Aşağı nəticə göstərən müəllimlər üçün növbəti qiymətləndirmə zamanı şərait yaradılacaq və hər bir müəllim öz nəticəsini yüksəltmək imkanına malik olacaq". (apa.az)