Azedu.az

"İqtisad elminin təşəkkülü və inkişafının iqtisadi-hüquqi aspektləri” mövzusunda virtual elmi konfrans keçiriləcək

Ali təhsil

15 İyun 2020, 09:58

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat və Hüquq fakültələrinin birgə təşkilatçılığı ilə iyunun 17-də Azərbaycan Dövlət İqtisad Universitetinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş “İqtisad elminin təşəkkülü və inkişafının iqtisadi-hüquqi aspektləri” mövzusunda virtual elmi konfrans keçiriləcək.

 

BDU-dan AzEdu.az-a verilən məlumata görə, elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.

 

Virtual elmi konfransda iştirak etmək istəyənlər iyunun 16-sı saat 17:00-dək [email protected]  ünvanına müraciət edə bilərlər.

 

İran sərhədində gərginlik - İsrail qırıcıları hərəkətə keçdi
Son xəbərlərDaha çox