Azedu.az

“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq

Ali təhsil

11 İyun 2020, 11:25
“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadovla görüşüb.

 

AzEddu.az xəbər verir ki, görüşdə universitetlə müəssisə arasında metallurgiya sahəsi üzrə birgə elmi-tədqiqat işlərinin aparılması, Metallurgiya mühəndisliyi və Materialşünaslıq mühəndisliyi ixtisasları üzrə kadr hazırlığına diqqətin artırılması müzakirə olunub. Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən “Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq.

İran sərhədində gərginlik - İsrail qırıcıları hərəkətə keçdi
Son xəbərlərDaha çox