https://www.zirve.edu.az/
06.06.2020 14:41
Öyrətməyin 5 effektiv üsulu
Çap et

Öyrətməyin öyrənməkdən daha çətin olduğunu düşünürəm, çünki öyrənən isə öyrədənin qabiliyyətinə görə qavrayır. Hər insanın fərqli anlama yolu var. Öyrədən çox diqqətli olmalıdır. Hər kəsə individual davranmaq çox önəmlidir. Öyrətməyin müxtəlif metodları vardır.

 

AzEdu.az öyrətməyin 5 yeni metodu haqqında yazını təqdim edir:

 

Özünü öyrətmə

 

Bu çox insanda elə də yaxşı inkişaf etməsə də effektiv yollardan biridir. Şagirdin özünü tanımağa ehtiyacı var və bu üsulla ona kömək etmiş olarsınız. Hər zaman öyrədən və öyrənən söhbət etməli və bir birilərinin fikirlərini almalıdırlar. Bunun üçün lazım olan ab hava da hazır olmalıdır: təmiz ətraf mühit, özünə inam və sorğulamaq bacarığı.

 

Layihələrlə öyrənmə

 

Yaxşı olardı ki, öyrənmə zamanı bir neçə insan eyni anda işləsinlər. Belə olduğu halda həm yanlış və doğrunu düzgün formada ayırd edəcəklər, həm də insanları tanımaq və onlarla işləmək qabiliyyəti inkişaf edəcək.

 

Yerində öyrənmək

 

Öyrənəcəyimiz şeyi görərək daha yaxşı yadda saxlaya bilərik. Bu səbəbdən də yaxşı olar ki, bir yerdə oturub öyrənməkdənsə müxtəlif yerlərə gedək. Hətta dil öyrənənlər də bu üsuldan istifadə edə bilər. Məsələn, hər mövzuya uyğun fərqli yerlərə getmək bizi daha iti yaddaşlı edəcəkdir.

Formativ qiymətləndirmə

 

Bunun keçmiş üsullardan fərqi ondan ibarətdir ki, öyrənənin əksik tərəflərini daha yumşaq formada bildirirsən. Onun qarşısında hədəflərinə çatmadığı mövzular göstərilir və daha formada inkişafı üçün çalışır.

 

Düzəlt

 

Bu üsulla da daha rahat formada bildiklərimizi həyata keçiririk. Bir şeyləri öyrəndikdən sonra onları yoxlamağın vaxtıdır! Düzəlt metodu ilə öyrənən bacarıqlarını daha kreativ şəkildə sərgiləyir.