Azedu.az

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

5 İyun 2020, 13:00
Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün saat 12:15-dək elektron ərizə verən subbakalavrların sayı 7584-dür. Təsdiq olunan elektron ərizələrin sayı isə 4496-dır.

 

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu iyunun 1-dən başlayıb. Elektron ərizə qəbulu iyunun 15-dək nəzərdə tutulsa da, daha sonra DİM tərəfindən iyulun 10-dək uzadılıb.

 

Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox