Azedu.az

AzTU-nun professoru beynəlxalq onlayn konfransda iştirak edib

1 İyun 2020, 15:35
AzTU-nun professoru beynəlxalq onlayn konfransda iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Valeh Baxşəli ABŞ-ın İRED (Institute of Research Engineers and Doctors) elmi-tədqiqat institutunun təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak edib

AzEdu.az xəbər verir ki,“International e - conference on engineering technology and managment - ICETM 2020” adlı konfransda Valeh Baxşəli “Nanomechanics and its applications: mechanical properties of materials” (Nanomexanika və onun tətbiq sahələri – materialların mexaniki xassələrinin tapılması) mövzusunda məruzə edib. Onun çıxışı beynəlxalq konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzənin tam mətninin müxtəlif nüfuzlu beynəlxalq elmi jurnallarda çap olunması nəzərdə tutulub.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox