https://www.zirve.edu.az/
29.05.2020 09:28
 Respublika Günü münasibətilə məktəblərarası yarış olub
Çap et

Binəqədi rayonunda "Qızıl Ay" incəsənət mərkəzi və "Arktika" idman klubunun birgə təşkilatçılığı ilə Respublika Günü münasibətilə məktəblərarası yarış keçirilib.

 

AzEdu.az xəbər verir ki, yarışda 7-17 yaş kateqoriyalarında olan rəssam, rəqqas, idmançı və şeir demək qabiliyyəti olanlar iştirak ediblər.

 

Məktəblərarası yarışda rəsm üzrə Nəzrin Kərimli, rəqs üzrə Rəşad Nəbiyev, idmanda Zəhra Rəhimova və bədii qiraətdə isə Rəqsanə Zeynalova qalib olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.