https://www.zirve.edu.az/
26.05.2020 17:28
“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi
Çap et

“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi keçirilib. Sərgi Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim yolum) Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

 

 AzEdu.az  xəbər verir ki, sərginin keçirilməsində əsas məqsəd Amerika Birləşmiş Ştatlarında yaşayan uşaqlara ölkəmizi tanıtmaq, uşaqlar arasında dostluq münasibətləri qurmaq, ev şəraitində uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyəti və potensialını üzə çıxarmaq, həmçinin iki Mərkəz arasında əməkdaşıq imkanlarını inkişaf etdirməkdən ibarətdir.

 

Mövcud pandemiya ilə əlaqədar virtual platformada təşkil olunan sərgidə Amerika və Azərbaycandan 100-dən çox məktəbli tərəfindən göndərilən rəsmlər sərgilənib.  Şəkillərdə Azərbaycanın tarixi abidələri, iqlimi, məişəti, adət-ənənələri və digər amillər öz əksini tapıb.

 

Qeyd edək ki, hər il ənənəvi olaraq ölkəmizlə bağlı sərgilər təşkil edilir.