Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-24 13:42:00
“Azərbaycan Xalq Cümhuriyyəti-102” mövzusunda konfrans keçirildi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində 28 may Respublika Günü ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyəti-102” mövzusunda onlayn konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev müsəlman-türk dünyasında, eləcə də Şərqdə ilk demokratik respublikanın yaranma zərurətindən danışıb. Bildirilib ki, 1918-ci il may ayının 28-də təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz və daxili qarşıdurma nəticəsində süqut edib. Ancaq buna baxmayaraq 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmiz və xalqımız üçün mühüm işlər görüb. Qeyd olunub ki, Cümhuriyyətin fəaliyyətində Naxçıvanla bağlı bir sıra məsələlərə də diqqət yetirilib. Belə ki, ərazinin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona siyasi, hərbi, maddi və mənəvi köməklik göstərilib.

 

Konfransda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk Demokratik Respublika” mövzusunda məruzə ilə çıxış edib. (Azərbaycan müəllimi)