Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-23 13:14:00
“Məqsədyönlülüyün karyera inkişafında önəmi”- UNEC məzunu uğur hekayəsini danışdı

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində təhsillərini xaricdə davam etdirən məzunlarla onlayn görüşlər keçirilir.

 

AzEdu.az xəbər verir ki, budəfəki görüş Rus İqtisad Məktəbinin məzunu, UNEC-in keçmiş tələbə rektoru, Avro-2020 oyunlarının koordinatorlarından olan Suliddin Bağırovla olub.

 

Tədbirdə fakültənin müəllim, tələbə və məzunları da iştirak ediblər. Gənc məzunumuz “Məqsədyönlülüyün karyera inkişafında önəmi” mövzusunda etdiyi çıxışında keçdiyi maraqlı və təzadlı həyat yolundan danışıb. UNEC-i bitirəndən sonra təhsilini xaricdə davam etdirən, iqtisadi jurnalistika sahəsində uğurlu addımlar atan Suliddin Bağırov tələbələrə daima axtarışda olmağı tövsiyə edib.

 

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.