Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 12:11:00
Məcburi köçkünlər üçün 7 milyon manatlıq məktəb tikilir

Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış məhəlləsində 1 200 şagird yerlik məktəb binasının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

 

AzEdu.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Minera” MMC-dir.

Qalib şirkətə 7,2 milyon manat ödəniləcək.