Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 15:05:00
Kolleclərdə yekun qiymətləndirmələr necə aparılacaq? -Qaranlıq məqam

Məlum olduğu kimi ümumi orta, ali təhsil müəssisələrində yekun qiymətləndirmə ilə bağlı şagirdlərə və tələbələrə güzəştlər edilməsi nəzərdə tutulub.

 

Belə ki, orta məktəbdə summativ qiymətləndirmələr, ali təhsil müəssisənində isə dövlət imtahanlarının təxirə salınması ilə bağlı təlimatlar verilib.

 

AzEdu.az xəbər verir ki, subbakalavr səviyyəsi üzrə oxuyan son kurs tələbələrini maraqlandıran məsələ bu qərarın onlara da şamil olunub-olunmayacağıdır.

 

Kollec rəsmisinin verdiyi məlumata görə Nazirin göstərişinə əsasən yalnız bu il tələbələrin yekun qiymətləndirilməsi əvvəlki illərdə imtahan ballarına, orta müvəffəqiyyət göstəricilərinə əsasən çıxarılacaq. Lakin qiymətindən narazı olan tələbələrə əlavə imtahanda iştirak etmək şansı veriləcək.

 

Qeyd edək ki, bu qərar buraxılış işi yazan tələbələrə şamil olunmur. Onlar ixtisasın xüsusiyyətlərindən asılı olaraq, onlayn və ənənəvi qaydada diplom işinin müdafiəsini edəcəklər.