https://www.zirve.edu.az/
19.05.2020 10:23
Təhsil Nazirliyi buraxılış sinifləri üçün xüsusi teletədris proqramı hazırlayacaq
Çap et

Təhsil Nazirliyinin dəstəyi ilə buraxılış siniflərinin şagirdlərinə dəstək olaraq, onlar üçün teletədris formatında proqramın hazırlanaraq yayımlanması nəzərdə tutulur.

 

AzEdu.az xəbər verir ki, bunuTəhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

Onun sözlərinə görə, teletədris proqramının tədris ili bitdikdən sonra yayımlanması nəzərdə tutulur.

 

C.Valehov qeyd edib ki, proqram teledərslərdən fərqlənəcək və fərqli format üzərində qurulacaq:

 

”Bu proqramda teledərslərdə olduğu kimi gündəlik mövzular barədə danışılmayacaq. Daha çox buraxılış sinif şagirdlərinə dəstək üçün onlara lazım olan istiqamətlər üzrə məlumatlar veriləcək. Bu proqram şagirdlərə qəbul imtahanlarına hazırlıq üçün də bir dəstək mexanizmi olacaq”. (trend.az)