Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-16 15:15:00
Ekspert:Universitetlər tələbə qəbulunda problem yaşaya bilər

“Pandemiya dövründə özünü doğruldan,yenilikləri ilk edən universitet UNEC oldu.Hətta bəzi universitetlərin onlarla əməkdaşlıq edib,yeniliklər haqqında məlumat aldığını da bilirik. Bunun üçün UNEC tələbə qəbulunda problem yaşamayacaq, etdiyi işlər edəcəyi reklamdan daha üstündür. BANM və ADA universitetləri də tələbə qəbulu az olduğu üçün problem yaşamayacaq.Digər universitlər üçün təəsüf ki eyni hal keçərli deyil”.

 

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Adil Vəliyev universitetlərin tələbə qəbulu ilə bağlı danışarkən deyib.

 

O,  universitetlərə tanıtım problemini aradan qaldırmaq üçün bir sıra təkliflər verdiyini bildirib.

 

“8 ildir komandamla birlikdə abituriyentlərin ixtisas seçimini edirəm.Bu günə kimi abituriyentlərin tələbə adını qazanması üçün əlimizdən gələni etmişik. İndiki halda da mən komandamla birlikdə abituriyentlərin ixtisas seçiminə kömək edəcəm,onlara universitetlər və ixtisaslar haqqında dolğun məlumatlar verməyə çalışacam. Çünki pandemiya dövründə universitetlərin çoxu bunu edə bilmədi.

 

Artıq bir neçə universitetin rəhbərliyi ilə ilkin danışıq əldə etmişik ki, onlara bu mövzuda  əlimizdən gələn yardımı edək. Hazırda  son tamamlama işləri gedir ki, hazırladığımız planı universitet rəhbərlərinə təqdim edib bu problemi bərabər aradan qaldıraq. Biz birlikdə güclüyük deyib,bu problemi də birlikdə aradan qaldırmalıyıq.

 

Abşeron, Sumqayıt, Gəncə kimi Azərbaycanın 8 rayonunda və 10 özəl kursla universitetlərə kömək etməyə çalışacağıq.

Hazırlanan plan haqqında məlumat verə bilməyəcəm, çünki bu plan hər universitet üçün həyata keçirilməyəcək. Əməkdaşlıq etmək istəyən universitetlərə qarşı haqsızlıq olar”.

 

Ekspertin sözlərinə görə, pandemiya hər sahəyə olduğu kimi təhsilə, xüsusilə, abituriyentlərə mənfi təsir edib:

 

“Bu il “COVID 19” pandemiyası bütün sahələrə mənfi təsir etdiyi kimi,təhsil sahəsinə də təsirsiz ötüşmədi. Buna həm orta məktəb şagirdləri, həm də universitet tələbələri daxildir. Hazırda isə bizim üçün maraqlı olan abituriyentlərin vəziyyətidir ki, onlar bugünə kimi heç bir sınaqda iştirak edə bilməyiblər,4 gün əvvələ kimi DİM tərəfindən abituriyentlər üçün qaranlıq qalan suallar var idi. Ancaq sevindirici haldır ki, suallar mart ayına kimi keçiriləcək mövzulardan tərtib olunacaq.

 

Bir mövzunu da nəzərinizə çatdırmaq istəyirəm ki, bu ilə kimi abituriyentlər həyəcanlarını valideynləri ilə bölüşürdülər. Təəssüf ki, indiki halda valideynlər də ən az övladları qədər həyəcanlıdırlar”.