Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-13 12:47:00
Kəsri olan yaxud 5-ci kursa qalan tələbələr  dövlət imtahanından azad olunacaq?-AÇIQLAMA

Təhsil naziri Ceyhun Bayramov tələbələrin 80 faizinin dövlət, yəni yekun attestasiya imtahanından azad olunacağını bildirib.

Bəs bu qərar  kəsri olan tələbələrə şamil olunacaq?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Süleymanov tələbənin kəsri ödəmədən yekun qiymətləndirilməsinin aparılmayacağını bildirib.

 

“Bildiyimiz kimi məzun olmaq üçün dövlət attestasiya imtahanı bir neçə ixtisas fənlərindən ibarət yüz suallıq test və ya bitirmə işi vasitəsi ilə qiymətləndirilirdi.

Dövlət attestasiya imtahanı üçün seçilmiş ixtisasların imtahanlarını tələbələr daha əvvəl o fənni keçərkən imtahandan müvəffəq nəticə əldə  ediblər. Dövlət imtahanı bir növ təkrar keçirilən bir neçə fəndən yekun imtahan idi. Bu il mövcud vəziyyətə görə tələbələrə güzəşt edildi.

Amma bu fənlərdən hər hansı birindən kəsiri olan tələbə onu bağlamadan əvvəllər də dövlət attestasiya imtahanında iştirak edə bilmirdi.İndi də aşağı kurslarla kəsr dərslərin imtahanını verdikdən sonra onun dövlət attestasiya qiyməti imtahansız  hesablanacaq.

 Burada sadəcə dövlət attestasiya imtahanında güzəşt nəzərdə tutulur. Cənab nazirin də qeyd etdiyi kimi tələbənin 7 semestrlik nəticəsi son semestr üçün qiymətləndirmə üçün əsas ola bilər. Əgər   tələbə nəticəsi ilə razı deyilsə,  ona təkrar  imtahan vermək üçün  şərait yaradılacaq”.

Ekspert məhz dövlət imtahından kəsildiyinə görə 5-ci kursa qalan tələbələrin də imtahandan azad olunacağını qeyd edib.

"Tələbənin dövlət imtahına ilk dəfə girəcəyi, yaxud kursda qalmasının heç bir fərqi yoxdur.  Kredit sistemində məzuniyyət dərs əsaslıdır. Bir çox universitetlərdə dövlət imtahanı 9-10 kredit həcmində yük hesablanır və bu imtahan qiyməti olaraq tələbənin əvvəlki semestr orta qiyməti yazılacaq".

Məlumat üçün bildirək ki,  ixtisasın xüsusiyyətindən asılı olaraq buraxılış işlərinin müdafiəsi isə həm onlayn, həm də ənənəvi qaydada keçiriləcək.