Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-12 09:48:00
Ötənilki buraxılış imtahanlarının nəticələri qüvvədə qalacaq?-DİM

Bu il koronavirus pandemiyası ilə əlaqədar olaraq kütləvi tədbirlərin və imtahanların formatında dəyişiklik oldu. Belə ki, yalnız builki qaydaya görə,  buraxılış və qəbul imtahanları birmərhələli keçiriləcək.

Bu barədə abituriyetləri maraqlandıran məsələlərdən biri də əvvəlki ilin nəticələrinin hələ də qüvvədə qalıb qalmamasıdır.

 

Sual: Bu il əvvəlki ilin məzunlarının buraxılış imtahanında topladığı bal qüvvədə qalacaq? Məzun öz balını artırmaq üçün imtahanda iştirak etsə, onun əvvəlki nəticəsi silinəcək?

 

Cavab: Keçən il keçirilmiş buraxılış imtahanlarının nəticələri bu il də qüvvədə qalacaq. Qaydalara görə buraxılış imtahanlarının nəticələri iki il müddətində qüvvədə qalır. Məzun öz nəticəsini yaxşılaşdırmaq üçün buraxılış imtahanı formatında keçirilən birinci mərhələ imtahanında iştirak edə bilər. Bu zaman onun müsabiqədə  hansı  nəticə ilə iştirakı öz seçimindən asılı olacaq. Yəni təkrar imtahan versə də əvvəlki nəticə silinməyəcək.

Qeyd edək ki, qəbul imtahanlarına mart, aprel, may aylarında keçirilməsi nəzərdə tutulan mövzular salınmayacaq.