https://www.zirve.edu.az/
05.05.2020 11:32
"Hərbi xidmət müddətinin uzadılmaması üçün ali təhsilli əsgərlərə kömək edək"- Ekspertdən ÇAĞIRIŞ
Çap et

“Mart ayından etibarən təhsil müəssisələrinin, yolların bağlanmasının nəticəsində yüzlərlə tələbə ali təhsil müəssisəsindən diplomunu ala bilməyib. Bu isə o deməkdir ki, onlar diplomu hərbi hissəyə təqdim edə bilməsələr, 1 il 6 ay xidmət edəcəklər”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib.  O, jurnalistləri, ictimaiyyəti bu məsələni işiqlandırmağa, universitetlərin bu məsələdə  ali təhsilli əsgərlərə kömək etməyə çağırıb.

 

“3-4 gündür, bu barədə heç nə demirdim. Sizdən artıq dərəcədə xahiş edirəm, mənə bu mövzuda yardım edin. Çünki tək qalmışam.  Bir çox ali təhsil müəssisəsi ilə danışıb  əsgərlərimizin işini həll etmişəm. Amma getdikcə bu kütləvi hal alır. Mənsə tək adam bacarmıram. Ona görə də aşağıdakı yazdığım məsələdə həm KİV, həm də dostlar dəstək olsunlar ki, bu məsələ ictimailəşsin və ali təhsilli əsgərlərimzə köməklik etmiş olaq.

 

Deməli, ali təhsil almış tələbələr iyul ayında hərbi xidmətdən təxris olunmalıdır. Təəssüf ki, mart ayından etibarən təhsil müəssisələrinin, yolların bağlanmasının nəticəsində yüzlərlə tələbə ali təhsil müəssisəsindən diplomunu ala bilməyib. Bu isə o deməkdir ki, onlar diplomu hərbi hissəyə təqdim edə bilməsələr 1 il 6 ay xidmət edəcəklər. Ona görə də sırf o əsgərlərin valideynlərinə diplomu əldə edərək övladlarının xidmət etdiyi hərbi hissələrə çatdırılmasına dəstək olaq.
Bu günə kimi ADMİU, BDU, ADPU, QKU kimi ali təhsil müəssisələrinə bu barədə fikrimi açıqlamışam və yardım ediblər. Sağolsunlar. Digər ali təhsil müəssisələri də bu prosesə qoşulsun”.