https://www.zirve.edu.az/
04.05.2020 14:57
Qısa müddətdə birdən çox peyvənd tapılacaq - Tanınmış professor açıqladı

“COVID-19-la bağlı qısa müddətdə birdən çox peyvənd tapılacaq və xəstəliyin müxtəlif mərhələlərində, müxtəlif dozalarda birdən çox peyvənd istifadə ediləcək”.

 

 AzEdu.az  xəbər verir ki, bunu ABŞ Milli Elmlər Akademiyasının ilk türk professoru İvet Bahar deyib.

 

Eyni zamanda Pitsburq Universiteti Tibb Fakültəsinin Kompüter Dəstəkli Sistem Biologiyası Şöbəsinin qurucu rəhbəri olan professor bildirib ki, koronavirusa qarşı peyvəndin tərkibində qanı sulandıran dərmanlar da olacaq.

 

“Dünyadakı bütün elm adamları bilgiləri, hesabatları paylaşır. Qısa müddət ərzində bir deyil, birdən çox peyvənd/dərman tapılmasını gözləyirəm. Qısa müddət deyəndə 1-2 ili nəzərdə tuturam. Normal şərtlərdə ən az 10 il tələb edən proses indi bir neçə ilə endirilib.

 

İlk işimiz rəqəmsal sistem farmakologiyası adlanan sahədədir. Ən təkmil kompüter texnologiyası ilə tanınan dərman bilgi banklarını incələyirik. Mövcud dərmanlardan hansı COVID-19-a qarşı istifadə edilə bilər deyə araşdırırıq. Məsələn, “Remdesivir” Ebolaya qarşı hazırlanan, amma kifayət qədər yaxşı nəticə vermədiyi üçün kənara qoyulmuş preparatdır. İndi SARS-CoV-2 virusunun çoxalmasını təmin edən bir proteinə (RNT-dependent, RNT polimeraza) bağlanıb onun işini əngəlləyə bilir. ABŞ Qida və Dərman Dairəsi koronavirusun müalicəsində istifadə olunması üçün icazə verib”, - professor bildirib.

 

O qeyd edib ki, ikinci qrup çalışma molekulyar səviyyədədir: “Virusun spayk proteininin insan hüceyrəsinə yapışa bilməsi üçün mutasiyaya uğraması lazımdır. Mutasiyaya uğraması üçünsə insan hüceyrəsinin səthindəki proteaz (proteinlərin parçalanmasından məsul enzim) kimyəvi bağı qoparır. Proteazın olmadığı şəraitdə infeksiya səviyyəsi əhəmiyyətli miqdarda azalır. Biz həmin proteazın iş mexanizmini anlayıb onu əngəlləmək üçün dərman hazırlayırıq”.