Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri üçün professor-müəllim heyəti tərəfindən “videodərs”lərin hazırlanması davam edir.
AzEdu.az xəbər verir ki, cari ilin 17 mart - 30 aprel tarixləri ərzində müəllimlərin hazırladıqları 469 “videodərs” MDU-nun Youtube kanalında yerləşdirilib. Offline formatda təqdim olunan həmin “videodərs”lər aprelin 30-na 58000 dəfədən çox izlənmə sayına malikdir.
Müəllimlər paralel olaraq “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən online formatda təqdim olunan dərslərdə də fəal iştirak edirlər.