Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-25 11:32:00
Əli bəy Hüseynzadənin qızı bu şəhərdə dəfn olunacaq

Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar cənazə mərasimi təşkil edilmədən məsciddən dəfn iştirakçıları tərəfindən götürülərək birbaşa dəfn ediləcək.

 

AzEdu.az-ın əldə etdiyi məlumata görə ölkədə karantin rejimi ilə əlaqədər olaraq dəfn prosesində əlavə şəxslərin iştirakına icazə verilmir.

 

Azərbaycanın böyük mütəfəkkirinin qızı öz vəsiyyəti ilə həyat yoldaşının yanında - İstanbulda, Zəncirli Quyu qəbiristanlığında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, Feyzavər Alpsar ötən gün 101 yaşında İstanbulda dünyasını dəyişib. F.Alpsar Azərbaycan Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni və “Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub. (modern.az)