Azedu.az

Deputat uşaqpulunun bərpa edilməsini istəyir

Məktəblər

Maraqlı

24 Aprel 2020, 12:43
Deputat uşaqpulunun bərpa edilməsini istəyir

Milli Məclisdə uşaqpulunun bərpası yenidən gündəmə gətirilib.

 

AzEdu.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxışında təklif edib ki, uşaqpulu bərpa edilsin.

 

“Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”, - o deyib.

 

Ə.Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə də 190 manatlıq birdəfəlik yardımın verilməsini istəyib.

 

Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını vacib sayıb.

TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox