Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-07 14:35:00
Tələbələr arasında esse müsabiqəsi elan edildi

Dünyanı hədəf almış, həyat tərzimizi dəyişdirən koronavirus (COVID-19) pandemiyasının təhlükəsinin miqyasını dərk edərək ,tətbiq olunan məhdudiyyətlərə məsuliyyətlə əməl etməli, elmi fəaliyyətə, mütaliəyə, yaradıcılığa, mədəniyyətə üstünlük verərək,bu dəyərlərdən maksimum şəkildə yararlanmalıyıq. Səylərimizi birləşdirərək, gələcəyə ümid və ruh yüksəkliyini qorumaqla, bu çətin mübarizənin uğurla nəticələnəcəyi şübhəsizdir.

Mövcud şəraitdə gənclərin fərdi inkişafının, boş vaxtlarından səmərəli istifadənin əhəmiyyətini nəzərə alaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ali təhsil ocaqlarında təhsil alan tələbələr arasında“Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri”adlı beynəlxalq esse müsabiqəsini elan edir.

AzEdu.az xəbər verir ki, müsabiqənin məqsədi müxtəlif sahələr üzrə təhsil alan tələbələri Türk Dünyasının zəngin tarixini, mədəni irsini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini öyrənməyə və bu dəyərlərin təbliğinə sövq etməkdir. Eyni zamanda, müsabiqənin hədəfi istedadlı gənclərin fikir ifadə etmək, yazmaq və anlatmaq bacarıqlarını təşviq etmək, onların potensial imkanlarının üzə çıxarılmasına şərait yaratmaqdır.

Esse sadəcə informasiya məzmunu daşımamalı, türkdilli xalqların günümüzədək yaşayan milliadət-ənənələri, mərasimləri, eləcədə Türk Dünyasının ortaq mədəni-mənəvi xüsusiyyətləri ilə bağlı müəllifin düşüncələrini əks etdirməlidir.

Müsabiqədə iştirak edəcək tələbələrin özləri barədə məlumat (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə,ölkə, şəhər,ünvan və əlaqə nömrəsi) əlavə edilib 3 (üç) səhifədən az olmamalı, ana dili və ingilis dilində 15 may2020-ci il tarixinədək [email protected] elektron poçtuna göndərilməlidir. Seçilmiş esselər xüsusi hazırlanan kitabda dərc ediləcəkdir.

Qaliblər diplom və mükafatlarla təltif olunacaqdır.