Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 13:33:00
MİQ müsabiqəsinin suallarında hansı yeniliklər olacaq? – Direktor müavini

 

 

“MİQ müsabiqəsində elə sual var ki, ona hamı cavab verə bilir.  Lakin müəllim intellektinin nümayişi  üçün bəzi cavablar  tam olaraq qaneedici sayılmır, çünki çox sadə şəkildə olur”.

 

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva deyib. O, MİQ müsabiqəsində imtahan suallarının seçilməsi prosesindən danışıb:

 

“Müəllimlərin işə qəbul müsabiqəsində imtahan suallarının hazırlanmasında fənn mütəxəssisləri və ekspertlər iştirak edir.  Ekspertlər əvvəlcə tərtib olunan sualların içərisindən seçim aparırlar. Bu seçim sualın qiymətləndirmə çərçivəsində qoyulan tələbə uyğunluğuna əsasən müəyyənləşdirilir.

 

Yəni hər il baza yenilənir.  Düzü, biz köhnə bazanı da saxlayırıq.  İmtahan bitdikdən sonra statistika aparılır, əhəmiyyətsiz suallar atılır. Məsələn,  MİQ müsabiqəsində elə sual var ki, ona hamı cavab verə bilir.  Lakin müəllim intellektinin nümayişi  üçün bəzi cavablar  tam olaraq qaneedici sayılmır, çünki çox sadə şəkildə olur.

 

Yaxud, əksinə, auditoriyada heç kimin cavab verə bilmədiyi suallar da kənarlaşdırılır. Əgər imtahanda iştirak edənlərdən, hətta 5-6 nəfər onu düşünə bilmirsə, belə çıxır ki, o sual ya düzgün tərtib olunmayıb, ya da heç nəyi ölçmür. Bəzən də suallar “ikibaşlı” olur. Belə olanda onların üzərində iş aparılıb düzəldir, yaxud da tamamilə ləğv olunur. Bu da ekspertlərin qərarından asılı olur”.

 

 

“Biz məhz bu səbəblərdən bazanın zənginləşdirilməsi prosesindən imtina etmirik”-deyə N. Mehdiyeva sözlərinə əlavə edib.