Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 16:49:00
Məktəblərdə summativ qiymətləndirmələrin aqibəti necə olacaq?- Emin Əmrullayevdən  açıqlama

 

Orta məktəbdə dərslərin təxirə salınması məktəbdaxili qiymətləndirmənin keçirilməsində də problemlər  yaradıb.

 

Müəllimləri narahat edən məsələ isə kiçik və böyük summativ qiymətləndirmənin necə keçiriləcəyi, yaxud bunların  əvəz ediləcəyi ilə bağlıdır.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil İnstitutunun direktoru Emin Əmurullayev    yaranmış vəziyyətin  tənzimlənməsi ilə əlaqədar yəqin ki, Nazirliyin məktəblərə təlimat göndərəcəyini qeyd edib.

 

“ Əslində tədris yoxdursa, KSQ-dən danışmağın da mənası yoxdur. Nəzərə alaq ki, bu qaydalar tədrislə əlaqəlidir və hazırda bütün ümumtəhsil məktəblərində tədris dayandırılıb. Bununla belə təbii ki, qiymətləndirilmə aparılmalıdır.  Artıq Təhsil Nazirliyi “Microsoft Teams” proqramı vasitəsilə məktəblilərə tapşırıqlar verməyə başlayıb. Bütün  şagirdlər  proqrama daxil olub hər bir sinif, dərs üzrə ev tapşırıqlarını edəcəklər.   Bu qiymətləndirmə məktəbdə keçirilən summativləri əvəzləmir, sadəcə şagirdlərin ümumi vəziyyəti ilə bağlı bizdə məlumat formalaşdırır.  Ümumiyyətlə, ardıcılıq belə qurulub ki, teledərslər yayımlanır, sonra tapşırıqlarla şagirdlərin ümumi səviyyəsi öyrəniləcək,  aprelin 20-sindən sonra dərsə qayıtdıqda tədris ilinin hansı formada istiqamətlənməsindən asılı olaraq KSQ, BSQ ilə bağlı qərarlar qəbul edilib məktəblərə göndəriləcək”.

 

Qeyd edək ki, “Microsoft Teams” proqramından istifadə  üçün şagirdlər qeydiyyatdan keçməlidirlər.