https://www.zirve.edu.az/
31.03.2020 17:04
DİM lazımlı vəsaitlərin  ünvanlara çatdırılmasını təmin edir- Abituriyentlərin nəzərinə 
Çap et

 

"DİM mərkəzin nəşrlərin onlayn sifariş sistemi vasitəsilə öz ünvanınıza çatdırılmasını təmin edir"

AzEdu.az xəbər verir ki,  Dövlət İmtahan Mərkəzi şagirdlərin və abituriyentlərin lazımı vəsaitlərlə təmin olunması üçün onlara müraciət edib.

“Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi il bağlı müxtəlif qərarlar qəbul olunub”, - Mərkəzdən bildirilib.

DİM imtahan və tədris prosesində yaranmış fasilə müddətində şagirdlərin dərslərdən kənar qalmaması üçün Mərkəzinin “Youtube” kanalı vasitəsilə “vizuallaşdırılmış dərs” və otk.az portalında onlayn sınaq imtahanı xidmətlərini təqdim edib. Hər iki xidmət ödənişsizdir.

Bundan əlavə, şagird və abituriyentlər tətil zamanı öyrəndikləri mövzular üzrə bilik səviyyələrini yoxlamaları üçün  DİM-in nəşrləri olan "Abituriyent" jurnalının və onun əlavələrindən istifadə edə bilərlər.

Dövlət İmtahan Mərkəzi bu nəşrlərin onlayn sifariş sistemi vasitəsilə öz ünvanınıza çatdırılmasını təmin edir.

Abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə jurnalın bütün saylarını və əlavələrini əldə edə bilərsiniz.  İstifadəçi almaq istədiyi nəşri seçib bank kartı vasitəsilə ödəniş edir. Daha sonra həmin nəşr "Abituriyent" jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə region və məsafədən asılı olaraq ən geci 5 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

Qeyd edək ki, hər bir nəşrin ünvana çatdırılma xərci 1,5 manatdır. 1 aprel tarixindən etibarən edilən sifarişlərdə ümumi məbləğ 20 manatdan çox olarsa, çatdırılma pulsuz olacaq.

Nəşrlərin çatdırılmasında ləngimə olarsa, (012) 489-02-59 nömrəsinə zəng edib və ya [email protected] ünvanına yazmaq olar.

Qeyd edək ki, “Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (PDF formatında) isə buradan əldə etmək mümkündür.