Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-25 16:58:00
Kamal Abdulla birillik maaşını ianə verdi

Dövlət başçısının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna akademik Kamal Abdulla və rəhbərlik etdiyi universitet dı qoşulub.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Dillər Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min vəsait köçürüb.

 

Bundan əlavə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rektor kimi bir illik əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.