Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-22 10:31:00
Masallı rayonundan ali məktəblərə qəbul olunan qızların sayı artıb

Son illər Masallı rayonunda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

AzEdu.az məlumat verir ki, təkcə ötən il rayondakı Göyəçöl kənd tam orta məktəbi üçün 260 yerlik yeni bina, Bala Təklə kənd ümumi məktəbi üçün 96 və Şıxlar kənd ümumi orta məktəbi üçün 56 şagird yerlik modul tipli məktəblər tikilib.

Bütün bunların nəticəsidir ki, rayonun ümumtəhsil məktəblərini bitirən və ali məktəblərə qəbul olanların sayı ildən-ilə artır. Ötən il ölkəmizin ali məktəblərinə qəbul imtahanları zamanı Masallı məzunlarından 546 nəfəri (75,1 faiz) ali məktəblərə qəbul olunub.

Qəbul imtahanlarında Həsənli kənd tam orta məktəbinin məzunu Azər Musayev 685,3, şəhər 4 nömrəli tam orta məktəbin məzunu Şəhriyar Səmədov 664,8 bal toplayaraq Prezident təqaüdünə layiq görülüblər.

Rayonun məzunları arasında ali məktəblərə və kolleclərə qəbul olunmuş qızların sayında artım müşahidə olunur (546 məzundan 191-i). Ali məktəblərə qəbul imtahanları zamanı 500-600 bal toplamış 57 məzundan 24 nəfəri (42 faiz), 600-dən çox bal toplamış 25 məzundan isə 7 nəfəri (28 faiz) qızlardır. Həmçinin respublikanın müxtəlif kolleclərinə qəbul olunmuş 167 məzundan 80 nəfərini qızlar təşkil edir.(AZƏRTAC)