Azedu.az

BANM rektoru distant tədrisdə UNEC təcrübəsi ilə tanış olub

20 Mart 2020, 15:27
BANM rektoru distant tədrisdə UNEC təcrübəsi ilə tanış olub

AzEdu.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov UNEC-də olub.

UNEC-in rektoru professor Ədalət Muradov həmkarını UNEC Ekstern, 24/7 kitabxana və yeni istifadəyə verilən Oxu zalı ilə tanış edib. Rektor  distant tədrisin tətbiqində UNEC təcrübəsini həmkarı ilə bölüşüb.

Elmar Qasımov UNEC-də tətbiq olunan yenilikləri böyük maraqla qarşılayaraq, bu yenilikləri ölkənin ali təhsilində mütərəqqi addım kimi qiymətləndirib. 

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox