https://www.zirve.edu.az/
17.03.2020 09:45
Müsabiqə zamanı bu müəllimlərin balı artırılacaq - Detallar

 

 

“Yerdəyişmə müsabiqəsində namizədlərin topladığı bal o zaman 1.1-ə vurulur ki, müəllim iş yerini yaşadığı və ya qeydiyyatda olduğu həvəsləndirmə tədbirləri tətbiq edildiyi müəssisəyə dəyişir”.

 

 AzEdu.az xəbər verir ki, bu fikirləri İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib.

 

O , müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı hərbçi ailələrinə, şəhid ailələrinin üzvlərinə və yaşadığı yerə yerdəyişmə edən müəllimlərə edilən güzəştlərdən danışıb:

 

“Yerdəyişmə zamanı əsas göstərici müəllimin işəqəbul üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə topladığı baldır. Amma əgər hər hansı namizədin əri və ya arvadı hərbçidirsə,  yaxud özü şəhid ailəsinin üzvüdürsə, onda həmin şəxslərin müsabiqədə topladıqları bal 1,1 artım əmsalına vurularaq hesablanacaq.

 

Bundan başqa, yaşayış yerinə uyğun, həvəsləndirmə tədbirləri tətbiq olunan məktəbə yerdəyişmə edən  müəllimlərə də bu üstünlük verilir. Lakin onlar qəsəbə və ya şəhər məktəbinə dəyişdikdə  balda artım hesablanmayacaq”.

 

 Qeyd edək ki, növbəti illərdə yerdəyişmə müsabiqəsinin test imtahanı ilə keçirilməsi gözlənilmir.