Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 23:44:00
Dövlət qulluğuna qəbul imtahanı ləğv edildi

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək.

Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən qeyd olunan imtahanın keçirilməsi təxirə salınıb.