https://www.zirve.edu.az/
26.02.2020 16:50
Etibar Əliyev: Universitetlərin dünyanın inkişaf etmiş ali təhsil müəssisələrindəki kitabxanalara onlayn çıxışı olmalıdır
Çap et

“Ali təhsil müəssisələri kitabxanalarını təkmilləşdirməlidirlər. Kitabxana təkmilləşmədən İKT resusrlarından danışmağa dəyməz”.

 AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti,millət vəkili Etibar Əliyev deyib. O, İKT imkanları hesabına ali təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini təkmilləşdirmə yollarından danışarkən bildirib ki, bu, birbaşa kitab fonundan asılıdır: “Universitetlərin kitabxana fondu çox yüksək səviyyədə olmalıdır ki,  İKT imkanları da yarana bilsin. Universitet kitabxanası məhduddursa, İKT resurslarından istifadə də mümkün olmayacaq. Ali təhsil müəssisələrinin kitabxanaları təkmilləşmədən İKT resusrlarından danışmağa dəyməz”.  

Millət vəkili hesab edir ki, Universitetlərin dünyanın inkişaf etmiş ali təhsil müəssisələrindəki kitabxanalara onlayn çıxışı olmalıdır: “Universitetlərdə bütün ixtisaslar üzrə müxtəlif dillərdə ədəbiyyatlar toplanmalıdır. İnternet cəmiyyətində yaşayırıq. Bu cəmiyyətdə istənilən universitetin dünyanın inkişaf etmiş ali təhsil müəssisələrindəki kitabxanalara onlayn çıxışı olmalıdır. Xarici universitetlərin fondlarına da istinad edə  bilərlər. Yetər ki, kitab resursu toplansın. Maddi-texniki baza baxamından da universitet kitabxanaları böyüməlidi. Hər ali təhsil müəssisəsi ən yeni ədəbiyyatları kitabxanasına cəlb etməyə çalışmalıdır”.

 Onlayın əlçatanlığa diqqət çəkən E.Əliyev hesab edir ki, geniş kitabxana resursları da mütəmadi olaraq bazanı zənginləşdirməlidir: “Hazırda UNEC-də böyük bir kitabxana yaradılıb, internet resurslara çıxışla təmin olunub. Geniş kitabxana resursları da fondlarını mütəmadi yeniləməlidirlər. Yeni çap olunan ədəbiyyatların onlayn versiyalarını tələbələri üçün  əlçatan etməlidirlər”.