https://www.zirve.edu.az/
19.02.2020 14:59
Gələcəyin ixtisasları açıqlandı
Çap et

Mütəxəssislər gələcəkdə ən çox tələb olunacaq ixtisasları açıqlayıblar.

AzEdu.az xəbər verir ki, bunlar kibertexnika və biotexnikadır.

Qeyd edilir ki, biomühəndis, bioəczaçı, robototexnika üzrə mütəxəssis ixtisaslarına indi də tələbat çoxdur. Gələcəkdə bu tələbat daha da artacaq.

Mütəxəssislər tələbat olan peşələrdən kibertəhlükəsizlik, alternativ enerji mütəxəssisi, neyropsixoloq, virtual reallıq dizayneri, 3D çap mühəndisliyinin də adlarını çəkirlər.

Ekspertlərin sözlərinə görə, bu sahələrdə mütəxəssis çatışmazlığı səbəbindən kifayət qədər çox maaş almaq mümkündür. (oxu.az)